Jurnalist prezidentə evlənmə təklif etdi

Jurnalist prezidentə evlənmə təklif etdi
  06 Dekabr 2013    Oxunub:1162
28 yaşlı müxalif jurnalist İman Haridi Mahmud Abbasa evlənmək təklif edib
Fələstinli jurnalist qız prezident Mahmud Abbasa etiraz əlaməti olaraq gözlənilməz təklif irəli sürüb. 28 yaşlı müxalif jurnalist İman Haridi Fevlənmək təklif edib. Təklifdə deyilir: "Cənab Mahmud Abbas, mən gənc bir qızam, mən də sənin kimi xoşbəxt, rifah içində yaşamaq istəyirəm. Ona görə də sizinlə evlənmək istəyirəm ki, sizin kimi yaşaya bilim. Mənim atam adi bir insandır, mən onunla fəxr edirəm. Amma günün reallığı onu göstərir ki, Fələstində insan kimi yaşamaq üçün yalnız vəzifəli şəxsin ailəsindən olmalısan. Gəlin evlənək."

S.Həsənova
AzVison.az


Teqlər:  





Xəbər lenti