Gürcüstanın baş naziri istefa verdi

 Gürcüstanın baş naziri istefa verdi
  02 Sentyabr 2019    Oxunub:3133
Gürcüstanın Baş naziri Mamuka Baxtadze vəzifəsindən istefa verib.

Azvision.az xəbər verir ki, bu barədə Baxtadze "Facebook" hesabında məlumat yayıb. O, bildirib ki, 2018-ci ildə Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsində məqsəd ölkənin inkişafının bələdçisi olan strateji inkişaf çərçivəsi yaratmaq idi.
"Strateji inkişaf çərçivəsi yaradıldı, tətbiq olundu və buna uyğun olaraq mən vəzifəmi tərk etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq missiyamı başa vurmuşam".

Qeyd edək ki, Mamuka Baxtadze 2018-ci ilin iyun ayında Baş nazir təyin olunub. O, daha əvvəl ölkənin maliyyə naziri və “Gürcüstan Dəmir Yolları”nın rəhbəri olub.

Azvision.az



Teqlər: Gürcüstan   Baxtadze   İstefa  





Xəbər lenti