Honkonqda on minlərlə şagird və tələbə etiraza qalxdı

Honkonqda on minlərlə şagird və tələbə etiraza qalxdı
  02 Sentyabr 2019    Oxunub:1280
Honkonqda on minlərlə orta məktəb şagirdi və tələbə dərsləri boykot edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, onlar Honkonqda Çin Universitetində kütləvi etiraz aksiyasına qoşulublar. Aksiyaçılar şəhər rəhbərliyindən ekstradisiya haqqında qanuna edilən dəyişikliklərlə bağlı tələblər irəli sürüblər.

Etirazçılar Honkonq rəhbərliyinə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt veriblər. Bildiriblər ki, əks halda etirazlar daha da gücləndiriləcək.

Ümumilikdə aksiyada 30 minə yaxın tələbə və şagird iştirak edib.

Xatırladaq ki, Honkonqda etiraz aksiyaları 2 ay əvvəl başlayıb. Buna səbəb yerli hakimiyyət orqanının qanunları pozmaqda şübhəli sayılan, yaxud axtarışda olan şəxslərin Çinə verilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməsi olub. Cəmiyyətin təzyiqi ilə yerli administrasiyanın rəhbəri Kerri Lam qanun layihəsini gündəmdən çıxarıb. Ancaq bu da hökumət əleyhinə aksiyaları dayandırmayıb. Polis dəfələrlə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.

Azvision.az






Teqlər: Honkonq  





Xəbər lenti