Ərdoğan erməni icmasının nümayəndələri ilə görüşüb

Ərdoğan erməni icmasının nümayəndələri ilə görüşüb
  03 Sentyabr 2019    Oxunub:1920
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə Günü münasibətilə Ankaradakı Prezident Sarayında təşkil edilən qəbulda erməni apostol kilsəsinin Konstantinopol patriarxatının yepiskopu Saak Maşalyan və Müqəddəs Xilaskarın Erməni Xəstəxanası Fondu Himayəçilər Şurasının sədri Petros Şirinoğlu ilə görüşüb.
Türkiyə rəhbəri erməni icmasının nümayəndələri ilə qısa söhbət edib. Ərdoğan yeni patriarxın seçilməsinə hazırlıq işləri ilə maraqlanıb. Maşalyan və Şirinoğlu bildiriblər ki, seçkilərin keçirilməsi üçün müvafiq xartiyanı gözləyirlər.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkə başçısının tələbi ilə sənədin bir həftə ərzində patriarxata göndəriləcəyini deyib.

Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti