13 yaşlı ömürlük məhkum: Uşaqların törətdiyi dəhşətli cinayətlər - FOTOLAR

  13 yaşlı ömürlük məhkum:  Uşaqların törətdiyi dəhşətli cinayətlər -  FOTOLAR
  03 Sentyabr 2019    Oxunub:20913
Kiçik yaşlarında uşaqların yaşadığı psixi sarsıntılar, məruz qaldıqları münasibət və onlara verilən tərbiyə gələcəkləri üçün böyük əhəmiyyətə malikdir. Məhz bu yaş dövründə baş verənlər onları cəmiyyət üçün faydalı və təhlükəli edə bilir. İnanmaq çətin olsa da, ağır cinayətlər, amansız qətllər törədən uşaqlar da az deyil. Hətta onlar arasında ömürlük həbsə məhkun edilən də var.
Azvision.az həbsə düşən uşaqlarla bağlı xarici KİV-lərdə dərc olunan bəzi məlumatları təqdim edir:

Erik Smit – 13 yaş



13 yaşlı Erik Smit 4 yaşlı Derik Robini qaçırıb və onu işgəncə ilə öldürüb. Bu hadisə dünyada geniş rezonans doğurub. Ömürlük həbs cəzasına məhkum edilən Smiti bu cinayəti törətməyə təhrik edən qızılı saçları və böyük eynəkləri olub. O, xarici görünüşünə görə daim təhqir və təzyiqlərlə məruz qaldığından çıxış yolunu qətlə görüb.

Con Venables və Robert Tomson – 10 yaş



Bu iki azyaşlı uşağın bəzən yetkin şəxslərdən daha qorxunc cinayət törədə biləcəyinə çox adam inanmr. Con və Robert anasının diqqətindən yayınmış 2 yaşlı Ceyms Bulgeri qaçırıb.Daha sonra onu döyüb, işgəncəyə məruz qoyublar. Öldürdükdən sonra isə cəsədini qatar yoluna atıblar.

Edqar Ximenez – 14 yaş



Yaşı az olsa da, cinayət dosyesi böyükdür. 14 yaşlı yeniyetmə narkotik mafiyalarından biri üçün sifarişli qətllər törədib. Edqar qurbanlarını öldürdükdən sonra onlarla birlikdə çəkilən şəkillərini internetdə yayıb və bu əməl onu “şöhrət”ləndirib. Polis tərəfindən yaxalandıqdan sonra törətdiyi 4 cinayəti etiraf edib.

Kristian Fernandez – 12 yaş



1999-cu ildə 12 yaşlı Bianella Susana təcavüzə uğrayaraq hamilə qalıb. 9 ay sonra Kristian Fernandez doğulub. 2 il sonra Kristian Fernandez Florida küçələrində çılpaq gəzməyə başlayıb. Nənəsi isə qeyri-qanuni narkotik alveri ilə məşğul olub. O, 8 yaşı olanda oxuduğu məktəbin həyətində heyvanlardan birini öldürüb. Ailəsinə bu yaşda olan uşağın belə hərəkətlər etməməsi barədə xəbərdarlıq edilib. Bir gün ailəsi onu 2 yaşlı qardaşı ilə evdə tək qoyub. O isə qardaşını döyə-döyə öldürüb. Bu cinayətə görə onun anası günahkar bilinib. Çünki 2 yaşlı oğlunu qanlar içində gördükdən 8 saat sonra təcili tibbi yardım çağırıb.

Katarina və Kurtis Cons – 12 və 13 yaş



Katarina və Kurtis Cons illər öncə anası tərəfindən atılmışdı. Atası isə başqa bir xanımdan doğulmuş qızı ilə birlikdə yaşayırdı. 13 yaşlı Katarina qardaşına yaxın qohumlarından biri tərəfindən cinsi istismara məruz qaldığını söyləyib. Katarinadan sonra qardaşı da öz başına belə bir halın gəldiyini etiraf edib. Nəhayət, onlar başlarına gələni atasına və ögey bacıları Nikola deyiblər. Ancaq heç kim onlara inanmayıb. 1999-cu ildə uşaqlar atalarına məxsus silahlı götürərək ona və bacılarına atəş açıblar. Hadisə zamanı Nikol ölüb, ata isə sağ qalıb. Uşaqlar 18 il həbs cəzasına məhkum ediliblər.

Jasmin Riçardson – 12 yaş



12 yaşlı Jasmin Riçardson sevgilisi ilə əlbir olaraq anasını, atasını və azyaşlı qardaşını qətlə yetirib. Bu amansız cinayətə səbəb ailəsinin qıza 23 yaşlı sevgilisi ilə görüşməsini qadağan etməsi olub. Jasmin ona verilən cəzanı çəkib çıxsa da, hazırda xəstəxanalardan birində psixi pozğunluqdan müalicə alır.

“Girl A” – 11 yaş



2004-cü ildə mətbuatın “Girl A” adlandırdığı 11 yaşlı yaponiyalı məktəbli 12 yaşlı sinif yoldaşı Satomi Mitararini öldürüb. O fasilə vaxtı boş siniflərdən birində Satominin boğazını kəsib. “Girl A”-nın sinif yoldaşını izlədiyi filmlərin təsiri altında qətlə yetirdiyi məlum olub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Uşaqlar   Cinayət  





Xəbər lenti