Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir

  03 Sentyabr 2019    Oxunub : 669
Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrində boş qalan yerlərə sənəd qəbulunun ikinci mərhələsi sentyabrın 5-dək davam edəcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, ikinci turun sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə aparılacaq. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Sənəd qəbulu prosesinin 2-ci turunda 1-ci turda iştirak etməyən şəxslər də iştirak edə bilərlər.

Azvision.az

Teqlər: Peşə   Təhsil