Patruşev Azərbaycana gəlir

 Patruşev Azərbaycana gəlir
  03 Sentyabr 2019    Oxunub:3186
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya-Azərbaycan təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaq üçün Azərbaycana səfər edəcək.
Azvision.az -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Respublikasına səfər edəcək. Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, hər iki ölkənin bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq", - deyə məlumatda bildirilib.

Azvision.az


Teqlər: Rusiya   Pavruşev  





Xəbər lenti