Polis idmançıları daha bir yarışda
Yarışda paytaxt qarnizonu ilə yanaşı respublikanın Gəncə və Sumqayıt şəhər, rayon Polis Baş İdarə, İdarələrinin, Daxili Qoşunların Baş İdarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları öz bacarıqlarını nümayiş etdiriblər. 10 komandadan 80-ə yaxın əməkdaşın iştirak etdiyi bu yarışda ilk üçlükdə Bakı Şəhər Baş Polis İdarəsi, Daxili Qoşunlarının Baş İdarəsi və Əlahiddə Çevik Polis Alayının komandaları qərarlaşıblar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Munir Orucov, Mahir Əhmədov, Ehtiram Babayev və polis mayoru Aydın Həşimov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.
O, bildirib ki, mütəmadi olaraq paytaxtımızla yanaşı bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir, bu işdə onlara praktik kömək göstərmək məqsədi ilə yerlərdə təlim toplanışları keçirilir.
Azvision.az