GUAM-a sədrlik Moldovaya keçdi

GUAM-a sədrlik Moldovaya keçdi
  06 Dekabr 2013    Oxunub:1117
Ukraynanın Kiyev şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 22-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, İclasda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan Respublikasının xarici işlər naziri Maya Pancikidze, Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya üzrə naziri Nataliya Qerman, Ukrayna Respublikasının xarici işlər naziri Leonid Kojara və GUAM-ın Baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

İclas zamanı GUAM üzv dövlətləri arasında qarşılıqlı siyasi fəaliyyət və GUAM+ formatında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq haqqında fikirlər səsləndirilib.

GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri ətrafında fikir mübadiləsi aparılıb.

GUAM-ın digər dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığının davam etdirilməsi haqda razılıq əldə olunmuşdur. Nazirlər GUAM üzv ölkələrinin Aİ ilə fəal əməkdaşlığını dəstəkləyiblər.

GUAM-da sədrlik Gürcüstan Respublikasından Moldova Respublikasına keçmişdir.


Teqlər:





Xəbər lenti