Rusiyalı diplomatların ABŞ-dakı fırıldaqları

Rusiyalı diplomatların ABŞ-dakı fırıldaqları
  06 Dekabr 2013    Oxunub:925
Nyu-Yorkun cənub dairəsinin prokurorluğu rus diplomatlarının əmək haqları, bank köçürmələri və xərcləri barədə məlumat dərc edib.
Materiallarda Federal Tədqiqarlar Bürosunun Rusiya hakimiyyətinin Amerikadakı diplomatlara ödədiyi aylıq əmək haqqı barədə də məlumatlar var. Hüquq orqanları bu vasitələrin şübhəli şəxslərin hesabına köçürüldüyünü müəyyən edib.

Məlumat verilir ki, Rusiya diplomatları tərəfindən muzdla tutulduğu güman edilən həmin şübhəli şəxslər “Tiffany”, “Bloomingdale” və “Jimmy Choo” kimi brend mağazalarında bahalı zinət əşyaları aldıqları məlum olub.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə rusiyalı diplomatlara qarşı səslənən ittihamları qətiyyətlə rədd edib. Üstəlik, Ryabkov ABŞ-ın diplomatlar barədə əldə etdiyi məlumatları mətbuata yaymasının və gizli kanallarla ötürməməsini tənqid edib.

Ryabkovun sözlərinə görə, diplomatlar barədə əldə edilən informasiya ABŞ kəşfiyyatının növbəti izləmələri nəticəsində mümkün olub. Bunun isə qanuna zidd olduğu vurğulayıb. Bundan öncə Amerika Dövlət departamentinin rəsmi nümayəndəsi Mari Harf baş verən hadisənin iki ölkə münasibətlərinə xələl gətirməyəcəyinə ümidlərini ifadə etmişdi.

Xatırladaq ki, ABŞ Federal Prokurorluğu ümumilikdə 49 sabiq və fəaliyyətdə olan rus diplomatına və onların xanımlarına qarşı tibb sığortası sahəsində yol verdikləri qanun pozuntularına görə, fırıldaqçılıq maddəsi ilə cinayət işi açıblar. İstintaq müəyyən edib ki, ittiham olunanlar 9 il ərzində Medicaid proqramına yalan məlumatlar verib. Nəticədə isə Amerika büdcəsinə 500 min dollar (digər məlumatlara görə isə 1,5 milyon dollar) ziyan dəyib.

Rusiya diplomatları və onların ailə üzvləri bir qayda olaraq Amerikada tibbi sığortaya malik deyillər. Odur ki, tibbi müayinə və müalicəyə görə pul ödəməlidirlər. Qeyd edək ki, Amerikada müalicə xərcləri yüz dollardan yüz minlərə dollar arasında dəyişir. Diplomatlar sığortaları olmadığı halda, saxta sığorta sənədləri düzəltməkdə ittiham olunurlar.

Bu arada Federal Təhqiqatlar bürosu Rusiyanın Amerikadakı səfirliyinin əməkdaşlarının da tibb sığortası sahəsindəki fırıldaqçılığa əl atdıqlarını üzə çıxarıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti