Ər arvadını dişləyərək öldürdü - FOTO

Ər arvadını dişləyərək öldürdü -  FOTO
  04 Sentyabr 2019    Oxunub:3224
İndoneziyada ər həyat yoldaşını boynundan dişləyərək qətlə yetirib.
Azvision.az xəbər verir ki, hadisə ölkənin Sulavezi adasının Kolaka rayonun Tobua kəndində baş verib. Belə ki, əri tərəfindən boğazından dişlənilən qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Həyat yoldaşının ölümünə səbəb olan kişi qətli törətdikdən sonra meşəlik ərazidə gizlənib. Lakin o, polis tərəfindən tapılaraq həbs edilib. Məlum olub ki, cinayəti törədən şəxsin əqli problemi var.




Kənan Məmmədov
Azvision.az


Teqlər: İndoneziya   Dişləmə   Qətl  






Xəbər lenti