Kolleclərə ixtisas seçimi başa çatdı

 Kolleclərə ixtisas seçimi başa çatdı
  05 Sentyabr 2019    Oxunub:2769
2019/2020-ci tədris ili üçün 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, ixtisas seçimi avqustun 31-dən 4 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılıb. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edərək təsdiq ediblər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində bu il bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci sinif üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Azvision.az



Teqlər: DİM   Kollec  





Xəbər lenti