“Space”dən çıxan aparıcı ilə bağlı açıqlama
“Fatiyev Compani”nin rəhbəri Vüqar Fətiyev musavat.com-a açıqlamasında Gülnarə Bağırovanın işdən çıxarılmasını təsdiqlədi. V.Fətiyev də G.Bağırovanın “Space”nin əməkdaşı olmadığını söylədi: “Bizim şirkətin hazırladığı və “Space”də müqavilə əsasında efirə verilən “Bizim mətbəx” verilişinin formatında dəyişiklik edilib. Gülnarə Bağırova da yeni formata uyğun gəlmədiyi üçün onunla əməkdaşlığı dayandırmışıq”.