Azərbaycandan - Dünyanın ən güclü boksçusu

Azərbaycandan - Dünyanın ən güclü boksçusu
  07 Dekabr 2013    Oxunub:2115
Azərbaycan idmançısı Maqomedrəsul Məcidov öz çəki dərəcəsində dünyanın ən güclü boksçusudur.
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) planetimizin ən güclü boksçularının dekabr ayı üçün reytinqini açıqlanıb.
AzVision.az xəbər verir ki, reytinqdə ilk on idmançı arasında yer tutan Azərbaycan boksçuları ilə bağlı noyabr ayı ilə müqayisədə dəyişiklik baş verməyib.

İkiqat dünya çempionu Maqomedrəsul Məcidov 91 kiloqramdan yuxarı çəki dərəcəsində əvvəlki kimi birinci yeri tutur. Onun oktyabrda dünya çempionatının finalında və yarımfinalında məğlub etdiyi İvan Dıçko (Qazaxıstan) və Roberto Kamarelle (İtaliya) müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşürlər.
Builki dünya çempionatının bürünc mükafatını qazanmış Teymur Məcidov (91 kq-dək çəki dərəcəsi) ikinci, argentinalı Yamil Alberto Peralta Xaara 3-cü yerdədirlər.

Onu da qeyd edək ki, Elvin Məmişzadə (52 kq) beşinci, dünya çempionu Cavid Çələbiyev (56 kq) altıncı yeri tutur.


Teqlər:





Xəbər lenti