Yanukoviç təcili Putinlə görüşdü

Yanukoviç təcili Putinlə görüşdü
  07 Dekabr 2013    Oxunub:954
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşüb. AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirir.

"Ukrayna prezidenti Çində geri dönən zamanı Soçiyə enib. Qısa işgüzar görüş zamanı cari məsələlər müzakirə edilib", - deyə Peskov bildirir. Bu həftə Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarlarının iri miqyaslı etiraz aksiyaları fonunda Viktor Yanukoviç Çinə uçmuşdu.


Teqlər:





Xəbər lenti