"Facebook"da tanışlıq üçün yeni xidmət

"Facebook"da tanışlıq üçün yeni xidmət
  06 Sentyabr 2019    Oxunub:2495
"Facebook" sosial şəbəkəsində "Dating" adlı yeni tanışlıq xidməti istifadəyə verilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hələlik xidmətdən ABŞ, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrində yaşayan 18 yaşı tamam olmuş şəxslər istifadə edə bilərlər. Tanışlıq xidməti istifadəçi məlumatları əsasında profil sahibinin maraqlarına uyğun adamlar təqdim edir. 2020-ci ildə bu xidmətdən Avropa ölkələrində istifadə etmək mümkün olacaq.

Azvision.az



Teqlər: Facebook  





Xəbər lenti