Moskva məhkəməsi Zeynalovla bağlı vəsatətə baxacaq

Moskva məhkəməsi Zeynalovla bağlı vəsatətə baxacaq
  07 Dekabr 2013    Oxunub:1299
Moskvanın Presnensk Rayon Məhkəməsi dekabrın 9-da Azərbaycan vətəndaşı Orxan Zeynalovun barəsində prokurorluğun vəsatətinə baxacaq.

AzVision.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, prokurorluq 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə ittiham olunan O.Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb. Məhkəmə Moskva vaxtı ilə saat 12-də başlayacaq. Məhkəmənin O.Zeynalovun həbs müddətini daha iki ay uzatması gözlənilir.

Xatırladaq ki, O.Zeynalov oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda Y.Şerbakovu bıçaqlayaraq qətlə yetirib. Bu qətldən sonra millətçilər azərbaycanlıların nəzarətində olan “Pokrovka” topdansatış bazasına hücum edib, iğtişaşlar baş verib. Rusiyada və Azərbaycanda geniş rezonans doğuran, “Pokrovka” və daha bir neçə bazarın bağlanması ilə nəticələnən və miqrantlara qarşı təqiblərin yeni dalğasını başladan bu qətli törətməkdə sübhəli bilinən Şəmkir sakini oktyabrın 15-də Moskva ətrafında saxlanılıb. Ona qarşı qatı xuliqanlıq zəminində adam öldürmək ittihamı irəli sürülüb.


Teqlər:  





Xəbər lenti