Müəllimlərin nəzərinə! - Keçid balı açıqlandı

  06 Sentyabr 2019    Oxunub : 954
 Müəllimlərin nəzərinə! - Keçid balı açıqlandı
2019-2020-ci tədris ili üçün müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu zamanı fənlər üzrə ümumtəhsil müəssisələrinə keçid balı məlum olub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan bölməsində alman dili, Azərbaycan dili və ədəbiyyat, fransız dili, ibtidai sinif müəllimliyi, ingilis dili, riyaziyyat, tarix, coğrafiya fənləri üçün həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 48 baldır.

İnformatika, Texnologiya fənləri üçün həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

Biologiya, fizika kimya fənləri üçün həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

Fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 36 baldır.

Musiqi, rus dili və təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 24, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 30 baldır.

Rus bölməsi üzrə rus dili və ədəbiyyat fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

İngilis dili fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 42 baldır.

Bilogiya, ibtidai sinif müəllimliyi, riyaziyyat, tarix fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 36 baldır.

Fransız dili fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 24, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 36 baldır.

Alman dili, Azərbaycan dili, coğrafiya, fizika, fiziki tərbiyə, informatika, kimya, fransız dili, ibtidai sinif müəllimliyi, ingilis dili, riyaziyyat, musiqi, texnologiya və təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisləri üçün keçid balı 24, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisləri üçün keçid balı isə 30 baldır.

Azvision.az

Teqlər: Təhsil-Nazirliyi   Müəllim