Körpə doğuş zamanı öldü

Körpə doğuş zamanı öldü
  07 Dekabr 2013    Oxunub:1369
Bakıda doğum evlərindən birində yeni doğulan körpə oğlan uşağı ölüb. Hadisə 7 saylı doğum evində baş verib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, bu dəqiqədə Bakı şəhəri 7 saylı doğum evində həkimlər körpəsi ölən Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərovanın həyatı uğrunda mübarizə aparır. Hazırda Xəyalə reanmasiyaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ümidvericidir.

Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları da gəliblər.

Məlumata görə, bu X.Əsgərovanın ilk övladı olub və doğuş normal yolla həyata keçirilib.


Teqlər:





Xəbər lenti