Ekspertlər İran reaktorunu yoxlayacaq
"Bəli, yoxlama olacaq. İran dekabrın 8-ə dəvət edib və biz dəvəti qəbul etdik", - deyə Beynəlxalq Atom Energetikası Agentliyinin mətbuat kitibi Cil Tüdor bildirib.
Beynəlxalq Atom Energetikası Agentliyinin baş direktoru Yukiya Amano da noyabrın 28-də agentliyinin Direktorlar Şurasının iclasında bildirmişdi ki, İrandan dekabrın 8-də Əraqa səfərlə bağlı dəvətnamə gəlib. Daha öncə bu obyekt Beynəlxalq Atom Energetikası Agentliyi tərəfindən problemli sayılmışdı.