İrəvandan Moskvaya uçan təyyarədə bomba həyəcanı

 İrəvandan Moskvaya uçan təyyarədə bomba həyəcanı
  09 Sentyabr 2019    Oxunub:1712
İrəvan-Moskva reysi üzrə təyyarədə qorxulu anlar yaşanıb.

Azvision.az xəbər verir ki, Sibir Hava Yollarına məxsus təyyarədə sərnişinlərdən biri çantasında bomba olduğunu bildirib. Onun bu sözlərindən sonra sərnişinlər təşvişə düşüblər.
Hadisə barədə aviasiya təhlükəsizlik xidmətinə və polisə məlumat verilib. Həmin sərnişin saxlanılıb və çantasına baxış keçirilib. Məlum olub ki, onun dedikləri yalandır, heç bir bomba aşkar edilməyib. Şübhəli sərnişin Zvartnots hava limanında polis şöbəsinə təhvil verilib. İstintaq davam edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İrəvan   Bomba  





Xəbər lenti