Ermənistanda qatar qoyun sürüsü ilə toqquşub

Ermənistanda qatar qoyun sürüsü ilə toqquşub
  09 Sentyabr 2019    Oxunub:2943
Ermənistanda yük qatarı qoyun sürüsü ilə toqquşub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ararat-İrəvan dəmir yolunda baş verib. Belə ki, "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin yük qatarı qoyun sürüsünə çırpılıb.

Maşınistin səylərinə baxmayaraq, toqquşmadan qaçmaq mümkün olmayıb. Qəza nəticəsində təxminən 80 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti