Putin Qriqori Karasini vəzifəsindən azad edib

  10 Sentyabr 2019    Oxunub : 1732
 Putin Qriqori Karasini vəzifəsindən azad edib
Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb. Karasinin yerinə Yevgeni İvanov təyinat alıb.

Qeyd edək ki, Q. Karasin 2005-ci ildən Rusiya XİN rəhbərinin müavini olub. O, MDB dövlətləri ilə ikitərəfli münasibətlər sahəsinə kuratorluq edirdi.

Azvision.az

Teqlər: Rusiya   Karasin