Reper canlı yayımda öldürüldü

  10 Sentyabr 2019    Oxunub : 1188
Reper canlı yayımda öldürüldü
Amerikalı reper Brian J.Quinones canlı yayımda öldürülüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Minnepolis şəhərində polislə münaqişə zəminində baş verib.

Belə ki, idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında keçən reper polisin "saxla" əmrinə tabe olmayıb və qaçmağa başlayıb. Bu zaman o, "Facebook" profilində canlı yayımda olub.

Polis maşınları ilə mühasirəyə alınan reper qaça bilməyəcəyini anlayıb. Quinones avtomobildən düşərək polislərə bıçaqla hücum edib. Nəticədə reper polislər tərəfindən güllələnərək öldürülüb.

Azvision.az

Teqlər: Reper   Amerika   Polis