Sabah Bakıda anomal hava olacaq

  07 Dekabr 2013    Oxunub : 591
Sabah Bakıda anomal hava olacaq
Güdnüz vaxtı mülayim hava şəraiti axşama doğru soyuq hava ilə əvəz olunacaq.
AzVision.az dekabrın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı vardır. Temperaturun anomal gedişi gözlənilir.

Temperatur günün birinci yarısında 12-15° isti, günün ikinci yarısında 4-6° isti, Bakıda günün birinci yarısında 12-14° isti, günün ikinci yarısında 4-6° isti olacaqdır.

Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaqdır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı vardır.

Temperatur gecə 3-8°, gündüz 2-7° isti olacaqdır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacaqdır.

Temperaturun gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin günün ikinci yarısından başlayaraq yağıntılı olacaq, sulu qar, qar yağacaqdır. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəkdir.

Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 0-4°, gündüz 9-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacaqdır.

Teqlər: