Azərbaycanda ilk dəfə budo festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə budo festivalı keçiriləcək
  11 Sentyabr 2019    Oxunub:4469
Oktyabrın 5-də Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə Azərbaycanda ilk dəfə Bakı İdman Sarayında budo - yapon döyüş sənətləri festivalı keçiriləcək.
Azvision.az xəbər verir ki, festivalda karate, cüdo, kendo, aikido, ciu-citsu, sumo kimi döyüş növlərinin nümayəndələri iştirak edəcəklər. “Budo” yapon döyüş sənətlərinin birləşməsidir.

Yapon mədəniyyətini və döyüş sənətlərini təbliğ etmək məqsədi daşıyan festival ziyarətçiləri müxtəlif döyüş sənətləri ilə tanış olmaq imkanı yaradacaq. Layihə çərçivəsində Yaponiya döyüş sənətinin altı növü - aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunacaq. Bununla yanaşı, festivalda digər ölkələrin müxtəlif döyüş sənətləri üzrə usta idmançılarının çıxışları da nəzərdə tutulur.

Oktyabrın 5-də açılışı olacaq festivalda Yaponiyanın mədəniyyətinin, mətbəxinin, şirkətlərinin, idman federasiyalarının və təşkilatlarının stendlərinin sərgisi təşkil ediləcək.

Qeyd edək ki, döyüş sənətləri həm beyin, həm də bütün bədəni məşq etdirir. İdman vasitəsilə bədən gündəlik həyat stressi ilə mübarizə mexanizmləri yaradır. İdman fəndlərini fəal işlətmək döyüş sənətinin mənəvi tərəfi ilə sıx bağlıdır və insanın gündəlik həyatına birbaşa təsir göstərir. Hansı idman növünü seçmək sualı yaranır. Cavabı tapib düzgün qərar vermək üçün hər növün xüsusiyyətlərini anlamaq, müsbət və mənfi tərəflərini bilmək lazımdır. Budo festivalında bu suallara mükəmməl cavab tapıb, düzgün qərar verərək idman növünü seçmək mümkün olacaq.

Azvision.az



Teqlər: Festival  





Xəbər lenti