Tramp Boltonun yerini Pompeoya verir

Tramp Boltonun yerini Pompeoya verir
  12 Sentyabr 2019    Oxunub:1777
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə bir neçə namizədi nəzərdən keçirib.
Azvision.az CNN-ə istinadən xəbər verir ki, Tramp hazırki dövlət katibi Mayk Pompeonu bu vəzifəyə təyin edə bilər. Belə olan halda Pompeo iki yüksək vəzifəni icra edəcək.

Qeyd edək ki, Con Bolton sentyabrın 11-də milli təhlükəsizlik üzrə müşavir postundan istefaya göndərilib. Tramp onu işdən çıxarılmasını bəzi məsələlərdə həmfikir olmaması ilə əsaslandırıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Pompeo   Tramp  





Xəbər lenti