Şahmatçımız beynəlxalq turnirdə uğurla çıxış edir

Şahmatçımız beynəlxalq turnirdə uğurla çıxış edir
  07 Dekabr 2013    Oxunub:1304
Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edir.
İspaniyanın Navalmoral-de-la-Mata şəhərində şahmat üzrə beynəlxalq turniri davam edir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu turnirdə Azərbaycanı şahmatçı Namiq Quliyev təmsil edir. Çempionatın üçüncü turunda idmançımız yerli şahmatçı Xose Luisanı məğlub edərək hesabına 2,5 xal yazıb.

Yarışda Azərbaycan, İspaniya, Rusiya, Xorvatiya, Portuqaliya, Ukrayna, İrlandiya, Argentina, Rumıniya, Hindistan və digər ölkələrdən 89 şahmatçı iştirak edəcəkdir. Onların arasında 14 qrossmeyster, o cümlədən azərbaycanlı Namiq Quliyev də var.

Turnir İsveçrə sistemi üzrə 7 turda keçirilir.


Teqlər:





Xəbər lenti