Afrikada qarşıdurmalarda 300 ölü

Afrikada qarşıdurmalarda 300 ölü
  08 Dekabr 2013    Oxunub:1043
Mərkəzi Afrika Respublikasında baş verən qarşıdurmalarda 300-dən artıq adam ölüb.
Mərkəzi Afrika Respublikasında iki gündür davam edən qarşıdurmalarda 300-dən artıq adam ölüb. AzVision.az xəbər verir ki, Qızıl Xaç Komitəsi ölkə paytaxtı Banguidə cəsədlərin toplanması fəaliyyətlərinə ara verildiyini, sabah işlərə yenidən başlanacağını bəyan edib.

Toplu qətllərin və dini zəmində baş verən qarşıdurmaların şiddətlənməsi ilə əlaqədar olaraq BMT nəzdində bu ölkədə yerləşən yüzlərlə fransız əsgəri Banguidə asayişi təmin etməyə çalışır.

Fransız ordusunun sözçüsü Gilles Jaron hava limanı yaxınlığında mülki şəxslərə və fransız əsgərlərinə atəş açan silahlıları zərərsizləşdirdiklərini açıqlayıb.


Teqlər:





Xəbər lenti