“Əl Qaidə” Türkiyədə özünü evdəki kimi hiss edir - BBC

“Əl Qaidə” Türkiyədə özünü evdəki kimi hiss edir - BBC
  08 Dekabr 2013    Oxunub:1174
Suriyada “Əl Qaidə”nın təlimatları əsasında döyüşən yaraqlılar bu ölkə ilə sərhəddə yaşayan türkiyəli vətəndaşların evlərindən rahatca istifadə edirlər. Orada onlar gecələyir, sərhədi o tərəfə keçərək vuruşur, sonra yenə də Türkiyəyə qayıdırlar.

AzVision.az xəbər verir ki, bu barədə BBC-nin hazırladığı materialda deyilir. Materialda bildirilir ki, aralarında 15-20 britaniyalının da olduğu təxminən 150 xarici muzdlu üç aydır ki, məhz belə bir rejimdə yaşayır. Onların içərisində Fransadan, digər Avropa dövlətlərindən də muzdlular var. Çoxları ora “öz dostlarının dəvəti ilə gedib”.

Suriya müxalifətindəki mənbələr iddia edir ki, cihadçılar öz qəddarlıqlarına görə həddi aşıblar və gerçəkdə Suriya inqilabı ideyasını gözdən salırlar. “Əl Qaidə” yaraqlıları nəinki Bəşər Əsəd ordusuna, həm də müxalifətə qarşı vuruşur və bəzən onu döyüşçüləri ilə çox qəddar şəkildə haqq-hesab çəkirlər.


Teqlər:





Xəbər lenti