Böyük Britaniyada yüzlərlə təyyarə reysi təxirə salınıb

Böyük Britaniyada yüzlərlə təyyarə reysi təxirə salınıb
  08 Dekabr 2013    Oxunub:1144
Minlərlə sərnişin xeyli müddət aeroportlarda və təyyarələrin göyərtəsində gözləməli olub.
Böyük Britaniyanın Hempşir şəhərində hava hərəkətini tənzimləyən mərkəzi idarəetmə sistemində baş verən nasazlıq ölkədə yüzlərlə avia reyslərin təxirə salınması ilə nəticələnib. AzVision.az “Sky News” agentliyinə istinadən xəbər verir ki, minlərlə sərnişin xeyli müddət aeroportlarda və təyyarələrin göyərtəsində gözləməli olub.

Təkcə Londonun “Hitrou” aeroportunda saat 9.45-dən başlayaraq 60 reys təxirə salınıb. Paytaxt Londonun digər aeroportu “Qatvike”də hər 5 reysdən biri problemlə bağlı uça bilməyib.

“British Airways” və “Ryanair” avia şirkətləri yaranan nasazlığa görə sərnişinlərdən üzr istəyib.


Teqlər:





Xəbər lenti