İran və `altılığın` növbəti Vyana görüşü

İran və `altılığın` növbəti Vyana görüşü
  08 Dekabr 2013    Oxunub:1300
Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək.
Dekabrın 9-10-da Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində görüş keçiriləcək. AzVision.az İRİB-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Rza Nəcəfi bildirib. Onun sözlərinə görə, görüşdə Cenevrə razılaşmasının müddəalarının icraya yönəldilməsi əsas müzakirə mövzusu olacaq: “İran nümayəndə heyətinə İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejad, “altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Ştefan Klement rəhbərlik edəcək”.


Teqlər:





Xəbər lenti