1433 məzuna fərqlənmə attestatı verilib

1433 məzuna fərqlənmə attestatı verilib
  15 Sentyabr 2019    Oxunub:2291
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 930 müəllim çalışır.
İdarədən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1442 vakansiya təqdim olunub.

Bakı şəhəri üzrə 271 məktəbdə 962 məktəbəhazırlıq qrupu yaradılıb. 24 mindən çox 5 yaşlı uşaq qeydiyyatdan keçib. Bu, proqnozun 60 faizindən çoxdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbləri bitirən 1433 məzuna fərqlənmə attestatı verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin XI sinfini bitirən 14 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb.

İdarənin tabeliyindəki məktəb məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak edən 17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.

Azvision.az



Teqlər:





Xəbər lenti