Qonşu ölkədə robot-ofisiantlar peyda olub

  15 Sentyabr 2019    Oxunub : 1051
Qonşu ölkədə robot-ofisiantlar peyda olub
Türkiyənin İstanbul şəhərində yerləşən kafelərdən birində artıq ofisiantların əvəzinə robotlar müştərilərə xidmət göstərməyə başlayıblar.
Azvision.az xəbər verir ki, hələlik kafedə 3 robot-ofisiant işləyir, ancaq onların sayını 2 dəfə artırmaq planlaşdırılır. Xarici ölkədən satın alınmış həmin robotlar türkiyəli mütəxəssislər tərəfindən proqramlaşdırılıb.

Robot-ofisiantlar masaların nömrələnməsini bilir, danışır və çox çalışqandırlar ki, bu da müştərilərin xoşuna gəlir. Bu, Türkiyədə kafelər üçün tamamilə yeni formatdır. İndi sözügedən kafe çox populyardır, robotlar isə vizit kartına çevrilib.

Azvision.az

Teqlər: Türkiyə   kafe   Robot