Ukrayna DİN: aksiyalarda kobud pozuntu yoxdur - VİDEO

Ukrayna DİN: aksiyalarda kobud pozuntu yoxdur - VİDEO
  08 Dekabr 2013    Oxunub:1132
DİN: Ukrayna ərazisində kütləvi aksiyalar kobud pozuntular olmadan keçir.
Kiyevdə və bütün ölkədə Avropaya inteqrasiya tərəfdarlarının kütləvi aksiyaları ictimai asayişin pozuntuları olmadan keçir. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə şənbə günü Ukrayna DİN məlumat verir.

"Paytaxtda və ümumilikdə ölkədə kütləvi aksiyalar ictimai asayişin kobud pozuntuları olmadan keçir. İnsanların daha çox toplaşması əvvəlki kimi şəhərin mərkəzindəki Müstəqillik Meydanındadır", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir. Bildirilir ki, 10 mindən artıq vətəndaş burada toplaşıb.

"Təxminən 3 min vətəndaş Ukrayna Ali Şurasının yanında etiraz aksiyaları keçirirlər", - məlumatda deyilir.

Təxminən 6,5 min milis əməkdaşı və daxili qoşunların hərbi qulluqçuları ölkədə keçən aksiyalarda asayişi qoruyurlar. Paytaxtda ictimai asayişin mühafizəsini təxminən 4 min nəfər təmin edir.

Bu arada ölkədə etiraz dalğası yeni güc yığmağa başlayıb. Bu gün Avropa Parlament deputatları aksiyaçılara dəstək olmaları barədə müraciət edib. Onlar müxalifətlə görüş keçirməklərinə baxmayaraq hökümət tərəfindən heç kimlə görüşməyiblər. Avropa deputatları açıq şəkildə növbədənkənar seçkilərin keçirilməsini tələb edib.




Teqlər:  





Xəbər lenti