İran Britaniya tankerini azad edir

İran Britaniya tankerini azad edir
  16 Sentyabr 2019    Oxunub:1633
İran hərbçiləri tərəfindən Fars körfəzində saxlanılan Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankeri bir neçə gün ərzində azad olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi açıqlama verib. Onun sözlərinə görə, tankerlə bağlı hüquqi prosedur demək olar ki, başa çatıb.

"Böyük Britaniyaya məxsus tankerlə bağlı məhkəmə prosesi yekunlaşıb. Bir neçə gün ərzində sərbəst buraxılmalıdır".

Qeyd edək ki, iyulun 19-da İran beynəlxalq qaydaları pozduğunu əsas gətirərək Hörmüz boğazında Böyük Britaniyanın "Stena Impero" tankerini saxlayıb.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: İran  





Xəbər lenti