“Kişilər qadınlardan utanır, axmaqlıq etmirlər” - Lukaşenko

“Kişilər qadınlardan utanır, axmaqlıq etmirlər” -  Lukaşenko
  16 Sentyabr 2019    Oxunub:2933
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə parlamentinin üçdə birini qadınlar təşkil etməlidir.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lukaşenkonun fikrincə, yalnız bundan sonra parlamentin işi sabit olacaq və kişi millət vəkilləri "axmaqlıq" etməyəcəklər:
"Kişilər qadınlar qarşısında utanırlar, axmaqlıq etmirlər, tullanmırlar, qaçmırlar. Bu, istənilən cəmiyyətdə çox güclü sabitləşdirici amildir"

Onun sözlərinə görə, parlament seçkilərində namizədliyini irəli sürən qadınlara dəstək olmaq lazımdır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Lukaşenko  





Xəbər lenti