“KTMT-də müşahidəçi status almağı düşünmürük” - PA rəsmisi
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev REAL TV-yə müsahibəsində bildirib.
H.Hacıyev, qeyd edib ki, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün KTMT-yə üzv olan ölkələrlə dostluq və tərəfdaşlıq, o cümlədən hərbi və hərbi-texniki sahədə sıx münasibətləri mövcuddur.
O, yaxın perspektivdə rəsmi Bakının təşkilatda iştirak məsələsini nəzərdən keçirmədiyini, lakin Azərbaycanın KTMT-nin fəaliyyəti və təşkilatda müzakirə edilən məsələləri yaxından izlədiyini bildirib.
Azvision.az