Saakaşvilinin Maydanda çıxışı – VİDEO
Xatırladaq ki, 2010-cu ilin iyulunda Kiyev şəhərində Mixail Saakaşvili Viktor Yanukoviçi 60 illik yubileyi ilə bağlı təbrik etmişdi. Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, indi isə Saakaşvili müxalifətçilərlə birləşərək Yanukoviçə qarşı çıxır. İqtidarda olan Regionlar və Ukrayna kommunist partiyalarının funksionerləri də belə çıxışları ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirirlər.
Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidze də Saakaşvilinin Maydandakı çıxışına münasibət bildirib: “Saakaşvili öz bəyanatlarında sərbəstdir və onun mövqeyi Gürcüstanın indiki hakimiyyətinin mövqeyilə üst-üstə düşmür”. Gürcüstanın iqtidarda olan “Gürcü arzusu” partiyasının lideri, baş nazir və ölkə parlamentinin sədri isə Kiyevdə baş verənləri şərh edərkən ehtiyatlı mövqedən çıxış ediblər.