Saakaşvilinin Maydanda çıxışı – VİDEO

Saakaşvilinin Maydanda çıxışı – VİDEO
  08 Dekabr 2013    Oxunub:1295
AzVision.az xəbər verir ki, Dekabrın 7-də Gürcüstanın sabiq preizdenti Mikheil Saakashvili Kiyevdə, Avropaya intreqrasiya tərəfdarlarının mitinqində çıxış edib. Vaxtilə Kiyevdə təhsil alan Saakashvili nitqini Ukrayna dilində deyib. Kağızdan oxumaqla çıxış edən sabiq prezidentin "Mən ukraynalıyam! Mən ukraynalıyam və gürcüyəm, ona görə də mən avropalıyam!" sözləri böyük alqışlara səbəb olub. Saakaşvili keçirdiyi mətbuat konfransında da dediklərini təsdiq edir.

Xatırladaq ki, 2010-cu ilin iyulunda Kiyev şəhərində Mixail Saakaşvili Viktor Yanukoviçi 60 illik yubileyi ilə bağlı təbrik etmişdi. Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, indi isə Saakaşvili müxalifətçilərlə birləşərək Yanukoviçə qarşı çıxır. İqtidarda olan Regionlar və Ukrayna kommunist partiyalarının funksionerləri də belə çıxışları ölkənin daxili işinə qarışmaq kimi qiymətləndirirlər.


Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidze də Saakaşvilinin Maydandakı çıxışına münasibət bildirib: “Saakaşvili öz bəyanatlarında sərbəstdir və onun mövqeyi Gürcüstanın indiki hakimiyyətinin mövqeyilə üst-üstə düşmür”. Gürcüstanın iqtidarda olan “Gürcü arzusu” partiyasının lideri, baş nazir və ölkə parlamentinin sədri isə Kiyevdə baş verənləri şərh edərkən ehtiyatlı mövqedən çıxış ediblər.






Teqlər:  





Xəbər lenti