Azərbaycanda neçə nəfər işləyir? - Statistika

   Azərbaycanda neçə nəfər işləyir? -    Statistika
  16 Sentyabr 2019    Oxunub:2808
Bu il sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub və onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib.
Azvision.az Dövlət Statistika İdarəsinə istinadən xəbər verir ki, avqustun 1-nə olan məlumata görə, muzdla işləyənlərin sayı 1 milyon 613,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,4 min nəfər, qeyri-dövlət sektorunda isə 711,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1579,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışanların 24 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 20,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Azvision.az



Teqlər: Statistika   İş  





Xəbər lenti