Azərbaycan və Yapon şəhərləri dostlaşdı

Azərbaycan və Yapon şəhərləri dostlaşdı
  08 Dekabr 2013    Oxunub:1830
İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb.
AzVision.az Kanal S-ə istinadən məlumat verir ki, İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Yaponiya səfərindən yenicə qayıdan İsmayıllı rayon nümayəndə heyətinin rəhbəri, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Yaponiyada sazişin təntənəli imzalanması mərasi keçirilib. Mərasimdə Azərbaycanlı nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, İto şəhərinin meri Hiromi Tsukuda da iştirak ediblər.

İmzalanan sənədlərə gəlincə isə bunlar təhsil, səhiyyə, mədəniyyət, turizm və idman, yerli özünüidarəetmə, təbii resursların səmərəli istifadəsi sahəsində qarşılıqlı əməkdaşlıqları əhatə edir.

Mirdaməd Sadıqov eləcə də, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə İto şəhər Turizm Assosiasiyasında görüşlərin keçirildiyini bildirib. Görüşlərdə regionun turizm və kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində turistlərin artım dinamikası haqqında məlumat verilib.


Teqlər:





Xəbər lenti