Turistlərin olduğu qayıq batıb, 24 nəfər ölüb

  17 Sentyabr 2019    Oxunub : 1098
Turistlərin olduğu qayıq batıb, 24 nəfər ölüb
Hindistanda qayığın batması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, turistləri daşıyan qayıqda ümumilikdə 60 nəfər olub. Hadisə Qodavari çayında gəzinti zamanı baş verib. Qəza nəticəsində həlak olan 24 nəfərin meyiti sudan çıxarılıb.

Faktla bağlı axtarışlar davam edir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan   Qayıq