Ermənistan parlamentinin sədri məhkəməyə verildi

Ermənistan parlamentinin sədri məhkəməyə verildi
  17 Sentyabr 2019    Oxunub:1775
Ermənistan parlamentinin Spartak Arakelyan adlı keçmiş əməkdaşı işdən qanunsuz olaraq çıxarıldığını iddia edir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, o, bu səbəbdən parlamentin sədri Ararat Mirzoyanı məhkəməyə verib.

Sentyabrın 13-də Arakelyan Ermənistanın İnzibati Məhkəməsinə müraciət edərək spiker və parlament aparatının rəhbəri Tiqran Qalstyandan şikayətçi olub. Onun sözlərinə görə, məhkəmə işdən azad olunması barədə qərarı ləğv etməlidir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   MilliMəclis  





Xəbər lenti