Artur Vanetsyanın anası da işdən çıxarılacaq

Artur Vanetsyanın anası da işdən çıxarılacaq
  17 Sentyabr 2019    Oxunub:1745
Ermənistan prezidentinin köməkçisi vəzifəsini icra edən Marqarita Azaryan yaxın vaxtlarda işdən azad ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə "Jamanak" qəzeti yazıb. İddia edilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ötən gün vəzifəsindən azad edilən sabiq rəhbəri Artur Vanetsyanın anası olan M.Azaryan vəzifəsindən uzaqlaşdırılacaq.

Margarita Azaryan Robert Koçaryanın prezidentliyi dövründə vətəndaşların məktubları və qəbulu şöbəsinin müdiri (1998-2002), Serj Sarkisyanın hakimiyyəti zamanı kadrlar şöbəsinin müdiri (2011-2018) olub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti