Koçaryan azadlığa buraxılmadı - Məhkəmə qərarı
"Məhkəmə həbsdən dərhal azad edilməsi barədə ərizəni rədd etmək qərarına gəldi. Qərardan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər", - deyə Anna Danibekyan bildirib.
Xatırladaq ki, eks-prezident Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Koçaryan Ermənistan Həbs