Dənizdə Rusiya sərhədçilərinə silahlı hücum edilib

Dənizdə Rusiya sərhədçilərinə silahlı hücum edilib
  17 Sentyabr 2019    Oxunub:1558
Şimali koreyalı brakonyerlər Yaponiya dənizində Rusiya sərhədçilərinə hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın sahil sərhədçiləri Şimali Koreyaya məxsus iki gəmi və brakonyerliklə məşğul olan 11 qayıq aşkarlayıblar.

21 nəfər heyyəti olan gəmi saxlanılıb. 45 nəfərdən çox heyyəti olan ikinci gəmidən isə rusiyalı sərhədçilərə silahlı hücum edilib. Nəticədə 3 rusiyalı sərhədçi yaralanıb. Hazırda ikinci gəminin heyyətinin saxlanması istiqamətində işlər görülür.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   Sərhəd   Koreya  





Xəbər lenti