Zelenski iki yüksək vəzifəli məmuru cəzalandırdı

  17 Sentyabr 2019    Oxunub : 831
 Zelenski iki yüksək vəzifəli məmuru cəzalandırdı
Ukrayna prezidenti Vladimir Zelenski iki yüksək çinli məmura töhmət verib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezident administrasiyası başçısının birinci müavini Sergey Trofimov və digər müavin Kirill Timoşenkoya töhmət verilməsinə səbəb onların prezidentin Dnepropetrovsk vilayətinə işçi səfərini düzgün təşkil etməmələri olub.

Prezidentin bununla bağlı verdiyi fərmanda müavinlərin əsas səhvlərinin nədə olması dəqiq göstərilməyib.

Müavin Kirill Timoşenko töhmətin Dnepropetrovsk bölgəsinə səfərlə bağlı olduğunu təsdiq edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski   Ukrayna