Xərçəngə qalib gələn üzgüçü tarixə düşdü

  17 Sentyabr 2019    Oxunub : 1090
Xərçəngə qalib gələn üzgüçü tarixə düşdü
Amerikalı üzgüçü Sara Tomas La-Manş boğazını dörd dəfə fasiləsiz üzüb keçməklə tarixə düşüb.
Azvision.az xəbər verir ki, sentyabrın 15-də səhər saatlarında Fransadan üzməyə başlayan 37 yaşlı idmançı dayanmadan 54 saat üzərək İngiltərənin Dover limanına çatıb. O, sol ayağında qıcolma hiss etsə də, məsafəni uğurla başa çatdırıb.

Sahilə çıxan üzgüçü BBC-yə açıqlamasında deyib: “Çox yoruldum. Bunu bacardığıma inana bilmirəm”.

Sara Tomas bu qələbəsini xərçəng xəstəliyindən əziyyət çəkən və ona qalib gələn insanlara həsr etdiyini söyləyib.

Qeyd edək ki, amerikalı üzgüçüyə 2017-ci ildə xərçəng diaqnozu qoyulub. Bir il davam edən müalicədən sonra xəstəliyə qalib gələn Sara Tomas yenidən idman həyatına qayıdıb.

Azvision.az

Teqlər: Üzgüçü   Xərçəng