Polis gücləndirilmiş iş rejimində

Polis gücləndirilmiş iş rejimində
  08 Dekabr 2013    Oxunub:1075
Bakının mərkəzində icazəsiz aksiya həyəcanı.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır. Sosial şəbəkələrdə bu gün saat 12.00-da Azadlıq meydanında icazəsiz mitinq olacağı xəbəri polisi hərəkətə keçirib.

Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər. Eyni zamanda "Azadlıq" meydanında da post-patrul maşınları keşik çəkir.

Qeyd edək ki, `Avropa Gənclər Hərəkatının` keçirəcəyi icazəsiz aksiya benzinin bahalaşmasına etiraz iddiası ilədir.


Teqlər:  





Xəbər lenti